10 C
Baku
Friday, December 13, 2024

Audioviziual media subyektlərinə dair yeni cərimələr müəyyənləşir

Audioviziual media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılmasının “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə yeni cərimələr formalaşır.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, buna görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Həmçinin, layihəyə əsasən, audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklə proqrama müstəsna yayım hüququ əldə etmiş audioviziual yayımçıdan başqa, digər audioviziual yaymçıların həmin proqramı yayımlamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, qüvvədə olan Məcəlləyə əsasən, teleradio proqramlarının təmiz qəbul edilməsinə süni maneələr yaradılmasına görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Teleradio təşkilatlarının razılığı olmadan onların verilişlərindən (proqramlarından) istifadə edilməsinə və ya mülkiyyətçinin razılığı olmadan proqramların (verilişlərin) yayımlanmasına, köçürülməsinə (tirajının çoxaldılmasına), satılmasına və ya kütləvi nümayişinə görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər