14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda yaşıl çay yarpağı istehsalı 15% azalıb

2022-ci ildə Azərbaycanda 1000.9 ton yaşıl çay yarpağı istehsal edilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yaşıl çay yarpağı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 15% azalıb.

2021-ci ildə isə Azərbaycanda 1177.7 ton yaşıl çay yarpağı istehsal edilmişdir.

Onu da qeyd edək ki, 2022-ci ildə tarlalardan 222.7 min ton (15.3 faiz çox) şəkər çuğunduru, 321.8 min ton (12.1 faiz çox) pambıq, 29.4 min ton (13.8 faiz çox) günəbaxan və 5.1 min ton (21 faiz az) tütün yığılmışdır.

Son xəbərlər
Digər xəbərlər