16 C
Baku
Friday, October 18, 2024

Bakıda bu avtobusların hərəkəti məhdudlaşdırıldı – SİYAHI

Bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti – Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Banker.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-bərpa işləri ilə əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər