2 C
Baku
Saturday, December 14, 2024

Ötən il sosial müavinətlər üzrə 806 mln. manat ödənilib

2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 478 min nəfər sosial müavinətlə, 368 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Banker.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 mln. manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 mln. manat ödənilib.

Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 429 min, o cümlədən ötən il 208 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər