2 C
Baku
Saturday, December 14, 2024

Braziliyanın Baş Qərargah rəisi iğtişaşlara görə vəzifəsindən azad edilib

Braziliya Prezidenti Lula da Silva Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Culio Sezar de Arrudanı vəzifəsindən azad edib.

General Culio Sezar de Arruda Konqresə basqın zamanı məsuliyyətsizliyə yol verdiyi əsas gətirilərək vəzifəsindən azad olunub.

Braziliya mətbuatının yazdığına görə, Culio Sezar de Arruda yanvarın 8-də sabiq Prezident Jair Bolsonaronun tərəfdarlarının Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə hücum zamanı təcili və effektiv tədbirlər görməyib.

Qeyd edək ki, Culio Sezar de Arruda sabiq Prezident Jair Bolsonaro tərəfindən 30 dekabr 2022-ci ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilmişdi.

Xatırladaq ki, Braziliyada 2022-ci il noyabrın 30-da prezident seçkilərinin ikinci turunda Lula da Silva səslərin 50,9 faizi yığaraq prezident seçilib

Seçkinin nəticələrinin açıqlanmasından sonra Jair Bolsonaronun tərəfdarları ordunu müdaxiləyə çağırıb, bu il yanvarın 8-də isə Konqres, daha sonra isə Prezident Sarayı və Ali Məhkəmənin binasına hücum edib. Sonradan təhlükəsizlik qüvvələri sabiq prezidentin tərəfdarlarını Konqres, Prezident Sarayı və Ali Məhkəmənin binasından çıxara bilib. Olayla bağlı indiyə qədər 1800 nəfər saxlanılıb.

Son xəbərlər
Digər xəbərlər