26 C
Baku
Sunday, April 28, 2024

Mərakeş Ukraynaya tanklar verib

Mərakeş Krallığı Ukraynaya Çexiyada modernozasiya olunmuş naməlum sayda T-72B tanklarını təhvil verib.

Bu barədə hərbi yaxın mövzularda ixtisaslaşan fransızdilli “Menadefense” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, bir həftə əvvəl Çexiya Ukraynaya iyirmiyə yaxın T-72 tankı göndərib. Çexiyanın baş naziri Petr Fialanın tanklara avtoqraf qoyması kadrı saytlarda yayılıb.

Nəşr Mərakeşin Ukraynaya neçə tank verdiyini dəqiqləşdirmir.

Bununla belə, Krallığın arsenalında müxtəlif modifikasiyalı 300-ə yaxın T-72 tankının olduğu məlumdur. Onlar 1999-2000-ci illərdə Belarusdan alınıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər