6 C
Baku
Sunday, December 15, 2024

Yunanıstan Türkiyə ilə sərhəddə hasar tikmək üçün Aİ-dən pul istəyir

Yunanıstanın Mülki Müdafiə naziri Takis Teodorikakos yanvarın 22-də Aİ ölkələrinin 27 səfiri ilə görüşündə bəyan edib ki, Yunanıstan-Türkiyə sərhədində hasarın tikintisi layihəsi Aİ-yə qeyri-qanuni miqrasiyaya qarşı yönəlib. Bunu nəzərə alaraq o, Brüsselin, Böyük Britaniya və Şengen ölkələrinin dəstəyini tələb edib.

“Avropa dövlətlərinin və onların vətəndaşlarının təhlükəsizliyi qeyri-qanuni miqrasiyaya qarşı mübarizədən asılıdır. Buna görə də Evrosda xarici sərhədlərin qorunması zəruri şərtdir. Bu səbəbdən layihənin təkcə Yunanıstan dövlətinin deyil, həm də Avropa ictimai rəyinin, həmçinin Avropa İttifaqının özünün və ayrıca Avropa dövlətlərinin dəstəyinə ehtiyacı var”, – Teodorikakos bildirib.

Qeyd edək ki, Yunanıstan hakimiyyəti artıq 37.5 km uzunluğunda hasar çəkib və onlar Evrosda hasarın daha 35 km-ni tikməyi planlaşdırırlar ki, bu da təxminən 100 milyon avroya başa gələcək. Bundan əlavə, bölgədə sərhəd xidmətinin şəxsi heyətinin gücləndirilməsi və genişləndirilməsi nəzərdə tutulur.

evros220520 1

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər