Fransa və Almaniya qaz alqı-satqısının ümumi mexanizmlərini birgə hazırlamaq barədə razılığa gəliblər.
Bu barədə Fransa prezidenti Emmanuel Makron bazar günü Almaniya kansleri Olaf Şolzla keçirdiyi mətbuat konfransında deyib.
“Biz qaz alışının ümumi mexanizmləri üzərində birgə işləmək qərarına gəldik”, – deyə Fransa prezidenti bildirib.
Eyni zamanda Fransa prezindeti Barselona ilə Marsel arasında yaradılan hidrogen kəmərinin marşrutunun Almaniyaya qədər uzadılacağını açıqlayıb.