15 C
Baku
Monday, May 6, 2024

Qazaxıstandakı keçmiş McDonald’s restoranları yenidən açılır

Qazaxıstanda bir neçə McDonald’s restoranı brend ölkəni tərk etdikdən sonra yenidən açılacaq. Yerli nəşrlərin verdiyi məlumata görə, ilk olaraq Almatıda beş restoran işə başlayacaq.

“Hazırda hazırlıq işləri aparılıb, restoranlar bütün lazımi həcmdə məhsulları qəbul edib və rəsmi açılışa hazırdır”, – mesajda deyilir.

Bildirilir ki, McDonald’s loqosunun yerinə restoranlar üzərində “Biz açığıq” lövhələri quraşdırılıb. Onlar qazax və rus dillərində yazılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər