Avropa Sülh Mexanizmi çərçivəsində Ukraynaya əlavə 500 milyon avro ayrılacaq.
Bu barədə bu gün Brüsseldə Aİ XİN rəhbərlərinin iclasında siyasi konsensus əldə olunub.
İclasda həmçinin Aİ-nin Ukraynaya Yardım Missiyası (EUMAM) çərçivəsində ukraynalı əsgərlərin təlimi üçün 45 milyon avro ayrılması barədə razılığa gəlinib.