7 C
Baku
Thursday, December 12, 2024

Əlcəzair və İtaliya 284 km uzunluğunda qaz kəməri çəkmək niyyətindədir

Əlcəzair və İtaliya “Galsi” qaz kəmərinin (Əlcəzair-Sardiniya-İtaliya qaz kəməri) tikintisinə dair saziş imzalayıblar.

Bu barədə İtaliyanın “Nova” agentliyi Əlcəzair Prezidenti Abdelmejid Tebbuna istinadən məlumat yayıb.

Onun sözlərinə görə, buradan təkcə qaz deyil, həm də ekoloji cəhətdən təmiz hidrogen və elektrik enerjisi daşınacaq.

Əlcəzair Prezidenti qeyd edib ki, infrastruktur qazın İtaliyaya, oradan isə Avropaya nəqli üçün istifadə olunacaq.

Bu, təxminən 2880 m dərinlikdə olan 284 km uzunluğunda sualtı kəmərdir və Əlcəzairin şimalını Sardiniyanın cənub-qərbindəki Porto Botte limanı ilə birləşdirəcək.

Son xəbərlər
Digər xəbərlər