13 C
Baku
Sunday, November 24, 2024

Zelenski Kiril Timoşenkonu ofis rəhbərinin müavini vəzifəsindən azad edib

Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kiril Timoşenko istefa verib. O, bu barədə “Telegram” kanalında məlumat verib və öz istəyi ilə istefa məktubunun fotosunu yayıb. Kiril Timoşenkonun vəzifədən azad edilməsi haqqında fərman artıq Ukrayna prezidentinin ofisinin saytında dərc olunub.

Bununla da məmur istefası ilə bağlı yayılan xəbərləri ilk dəfə rəsmən təsdiqləyib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Məlumata görə, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərinin hərbi administrasiyalarının rəhbərlərinin istefa verməsi gözlənilir. İstefa məktubunu Ukrayna baş prokurorunun müavini Aleksey Simonenko da yazıb.

Bir gün əvvəl, yanvarın 23-də  Volodimir Zelenski ölkə hökumətində, o cümlədən mərkəzi hökumət strukturlarında, regionlarda və hüquq-mühafizə sistemində kadr dəyişiklikləri barədə məlumat verib.

Son xəbərlər
Digər xəbərlər