15 C
Baku
Saturday, May 4, 2024

Ötən il Venesuelada inflyasiya 234% təşkil edib

2022-ci ilin yekunlarına əsasən Venesuelada inflyasiya 234 faiz təşkil edib.

Bu barədə Bolivar Respublikasının vitse-prezidenti Delsi Rodriges Türkiyə və Venesuelanın biznes dairələrinin nümayəndələri ilə görüşündə deyib. Bunu yaxşı göstərici adlandıran Rodriges bildirib ki, 2018-ci ildə ölkədə inflyasiya 130 min faizə çatmışdı.

Son illər Venesuelada yüksək inflyasiya, milli valyutanın devalvasiyası və qiymətlərin bahalaşması ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşanır. 2020-ci ildə ölkədə qiymət artımı 2 min 959 faiz, 2021-ci ildə isə 686 faiz olub. Venesuela Prezidenti Nikolas Maduro 2022-ci ildə ölkəsinin hiperinflyasiya vəziyyətindən çıxmağa başladığını bəyan edib.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər