2022-ci ildə Azərbaycana 108 milyon 182 min dollar dəyərində 18 563 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci il ilə müqayisədə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı dəyər ifadəsilə 37.2%, miqdar ifadəsilə 23.5% artıb.
2021-ci ildə Azərbaycana 78 milyon 856 min dollar dəyərində 15 034 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdir.