13 C
Baku
Friday, November 22, 2024

“Mastercard” Rusiyadan getməklə $30 mln. itirib

“Mastercard” ödəniş sisteminin Rusiyadan çıxması ilə ümumi itkisi ümumi hesabata əsasən 67 milyon dollar təşkil edib. Eyni zamanda, Rusiya müştəriləri qarşısında öhdəlikləri azalması hesabına bu itkinin 37 milyon dolları kompensasiya edilib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Eyni zamanda, “Mastercard”ın 2022-ci il üçün ümumi xalis mənfəəti 14% artaraq 9.9 milyard dollara çatıb. Yəni Rusiyanı tərk etməyə görə meydana çıxan itkilər xalis mənfəətin təxminən 0.3%-ni təşkil edir.

6 mart 2022-ci il tarixində beynəlxalq ödəniş sistemləri “Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırıblar. Şirkətlərin bu bazardan çıxmasının əsas səbəbi Rusiyanın Ukraynada müharibəyə başlaması olub.

Son xəbərlər
Digər xəbərlər