Bu gün Danimarkada “Qurani-Kərim”ə qarşı təhqiramiz aksiyanın keçirilməsinə icazə verildiyinə görə bu ölkənin Türkiyədəki səfiri Danny Annan Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd olunub ki, Türkiyə açıq şəkildə nifrət cinayəti olan bu təxribat xarakterli hərəkətə yol verilməsini qətiyyətlə pisləyir və Danimarkanın bu münasibətinin qəbuledilməz olduğu səfirə çatdırılıb.