14 C
Baku
Saturday, November 23, 2024

Rəisi Azərbaycan səfirliyinə hücumun araşdırılması barədə tapşırıq verdi

İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı məsələnin araşdırılması barədə tapşırıq verib.

Bu barədə məlumatı İran Prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi açıqlayıb.

Onun sözlərinə görə, Rəisi xəbəri eşitdikdən dərhal sonra hərtərəfli araşdırma aparılması barədə göstərişlər verib.

Cəmşidi bildirib ki, İran Prezidenti hadisə ilə bağlı Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər