10 C
Baku
Friday, December 13, 2024

ABŞ-nin maliyyə nazirinin müavini Türkiyədə “İranın sabitliyi pozan fəaliyyəti”ni müzakirə edəcək

ABŞ-nin maliyyə nazirinin terrorla mübarizə və maliyyə kəşfiyyatı məsələləri üzrə müavini Brayen Nelson Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman və Türkiyəyə səfər edəcək.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərlərdə “İranın regionda sabitliyi pozan fəaliyyəti” müzakirə olunacaq:

“Hər səfərdə o, İranın regionda sabitliyi pozan fəaliyyətini, iqtisadi artımı sarsıdan qanunsuz maliyyə risklərini və xarici investisiyaları aradan qaldırmaq səylərini müzakirə edəcək”.

Eyni zamanda, maliyyə nazirinin görüşlərində Rusiyaya qarşı tətbiq olunan Qərb sanksiyalarından yayınma ilə mübarizə mövzusu ətrafında fikir mübadiləsi aparılacaq.

Son xəbərlər
Digər xəbərlər