13 C
Baku
Sunday, November 24, 2024

Tatarıstanın səhiyyə naziri vəfat edib

Tatarıstanın səhiyyə naziri Marat Sadıkov 53 yaşında vəfat edib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Vida mərasimi yanvarın 30-da baş tutacaq.

Marat Sadıkov 27 yanvar 1970-ci ildə anadan olub. Kazan Dövlət Tibb İnstitutunu Pediatriya ixtisası üzrə bitirib. Tibb elmləri namizədi, Tatarıstan Respublikasının əməkdar həkimidir.

Sadıkov nazir vəzifəsinə təyin olunana qədər Kazan şəhər 7 saylı klinik xəstəxanasında baş həkim işləyib, Tatarıstan Dövlət Şurasının deputatı olub.

Son xəbərlər
Digər xəbərlər