3 C
Baku
Saturday, December 14, 2024

Hollandiya Ali Məhkəməsi “1Xbet” mərc saytını müflis elan edib

Oyunçulara uduşların ödənilməməsi səbəbindən Hollandiya Ali Məhkəməsi Rusiyanın məşhur bukmeker kontoru “1Xbet” saytını müflis elan edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, “1Xbet” saytını onlayn oyun qurbanlarının müdafiəsi Fondu məhkəməyə verib və bildirib ki, bukmeker kontoru ən azı 18 oyunçuya 1 milyon avro məbləğində uduşlarını ödəməyib.

Qiyabi olaraq, “1Xbet” hələ 2021-ci ildə Hollandiyada birinci instansiya məhkəməsi tərəfindən müflis elan edilib, lakin ruslar bununla bağlı apelyasiya verib. Nəticədə, məsələ Haaqadakı Hollandiya Ali Məhkəməsinə çatıb və onlayn idman mərc oyun şirkətinin iflası ilə bağlı qərar dəyişməz olaraq qüvvədə qalıb.

Rusiyanın bukmeker kontorunun Kürasao qumar lisenziyasını aldığı ölkədə müflis elan edilməsi, çox güman ki, bu lisenziyanın “1Xbet” tərəfindən itirilməsi ilə nəticələnəcək.

2022-ci ilin yazında Rusiyanın “1Xbet” bukmeker kontoru Ukraynada fəaliyyət göstərmək üçün iki lisenziya alıb və sentyabr ayında medianın təzyiqi ilə ləğv edilib. Ukrayna mətbuatı yazıb ki, sayt Ukrayna vətəndaşlarının şəxsi məlumatlarını Rusiya xüsusi xidmət orqanlarının xeyrinə toplamaq üçün Ukrayna bazarına daxil olmağa çalışır.

Son xəbərlər
Digər xəbərlər