Üç illik dövlət istiqrazlarının gəlirliliyi son 3 ilin maksimuna çatıb

31 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Maliyyə Nazirliyinin AZ0201040026 ISIN-li, 50 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Banker.az-a BFB-dan bildirilir.

Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 86.60 (12.4923%) manat və 94.8421 (9%) manat olan 36 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4106 (9.99%) manat, orta ölçülmüş qiyməti 93.0604 (9.7223%) manat müəyyən edilmişdir. Qeyd edək ki, sonuncu dəfə orta qiymət bu həddə 2020-ci ilin oktyabrında 9.84% orta gəlirlilik olmuşdu.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 149,784,700 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 27 yanvar 2026-cı il.

Hərrac iştirakçıları 1 fevral 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər