ABŞ Ukraynaya 2.2 milyard dollarlıq hərbi yardım paketi ayıracaq.
Bu barədə Reuters məlumat yayıb.
Qeyd olunub ki, bu yardım paketində ilk dəfə uzaqmənzilli raketlərin verilməsi nəzərdə tutulub.
Agentliyin məlumatına görə, növbəti tranşa digər sursat və silahlar da daxil olacaq.
Bundan əvvəl Pentaqon ABŞ-ın Ukraynaya 2.5 milyard dollarlıq yeni hərbi yardım paketi ayırdığını açıqlamışdı.
Qeyd edək ki, Rusiya-Ukrayana müharibəsi başlayandan ABŞ Ukraynaya 27.2 milyard dollar yaradım ayırıb.