ABŞ Prezidenti Co Bayden Polşaya planlaşdırılan səfəri zamanı Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.
Bu barədə Polşanın “Dziennik Gazeta Prawna” nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, görüş fevralın sonunda Varşava və ya Rzeşov şəhərində baş tuta bilər: “Kiyev bu görüşdən geniş diplomatik planı həyata keçirmək üçün istifadə etməyi planlaşdırır”.
Görüşdə Ukraynaya təhlükəsizlik təminatının verilməsi və əsirlərin dəyişdirilməsi məsələlərinin gündəmə gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, Baydenin Polşaya səfərinin dəqiq tarixi məlum deyil.
Daha əvvəl Ağ Evdən bildirilmişdi ki, Bayden vaxtı çatanda Ukraynaya da gedə bilər.