2022-ci ilin yanvar-dekabr aylarında “Azərkosmos” dünyanın 42 ölkəsinə 26,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına istinadən xəbər verir.
Sənəddə deyilir ki, dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82%-ni təşkil edib. 2022-ci ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 36 ölkəsinə 2.3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.