Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlamağa hazırlaşır.
Bu barədə “Sputnik” agentliyinin Qazaxıstan bürosu məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyi ləğvetmə haqqında qərar hazırlayıb.
Agentlik tərəfindən Nazirliyə müraciət edilib və hazırda məsələ ilə bağlı açıqlama hazırlanır.