8 C
Baku
Wednesday, December 25, 2024

Hulusi Akar: Türkiyə İsveçin NATO-ya üzvlüyünə “hə” deməyəcək

“Türkiyə NATO-nun genişləndirilməsini dəstəklədiyini ilk gündən açıqlayıb”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə deyib.

Nazir bildirib ki, bu mənada İsveçin və Finlandiyanın NATO-ya üzv olması üçün Türkiyənin mövqeyi ortadadır: “Üçtərəfli memoranduma əsasən, müvafiq addımların atılmasını gözləyirik. İsveç və Finlandiyada olan terrorçuların Türkiyəyə ekstradisiya edilməsini gözləyirik. Xüsusilə İsveçin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik. Bu öhdəliklər yerinə yetirilmədikcə, Türkiyə onun NATO-ya üzvlüyünə “hə” deməyəcək. Müqəddəs kitabımıza qarşı edilən ədəbsiz aksiyaları müdafiə ediblər. Bu, qəbuledilməzdir. İsveçli həmkarımla 21 yanvarda keçirilməli olan görüşümüzü biz ləğv etdik. Digər tərəfdən, Finlandiya tərəfindən atılan müsbət addımları izləyirik”.

Son xəbərlər
Digər xəbərlər