“Bashak Supply” MMC “ASK Şüşə” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
İddia hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Xatırladaq ki, “ASK Şüşə” MMC 2018-ci ilin fevral ayında təsis edilib. Müəssisə 22 ha ərazidə yerləşir, İtaliya və Çexiya istehsalı olan avadanlıqlarla təchiz edilib. Müəssisənin əsas fəaliyyət sahəsini şüşə tara məhsullarının istehsalı təşkil edir.