Azərbaycanda POS-terminalların sayı dekabr ayı ərzində 1965 vahid və ya 2.5% artaraq 77 550 ədəd təşkil edib.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir.
Statistikaya görə, ölkədə POS-terminalların sayı ötən ilin eyni ayı ilə müqayisədə isə 30% və ya 17 908 vahid artıb.
Məlumata əsasən, POS-terminalların 52 601 ədədi Bakıda, 25539 ədədi isə regionlarda quraşdırılıb.