3 C
Baku
Saturday, December 14, 2024

Aİ Rusiyanın neft məhsullarına embarqo və G7 ilə birlikdə qiymət limitləri qoyub

Avropa İttifaqı Yeddilik Qrupu (G7) və Avstraliya ilə birlikdə bazar günündən etibarən dəniz yolu ilə daşınan Rusiya neft məhsullarının kateqoriyasından asılı olaraq bir barel üçün 100 və 45 ABŞ dolları məbləğində qiymət limitləri tətbiq edib.

Məhdudiyyətlər Qərb bizneslərinə və Qərbin nəzarətində olan logistika şirkətlərinə, onların nəzarəti altında olan ərazilərə şamil olunacaq.

Fevralın 5-dən aprelin 1-dək 55 günlük keçid dövrü başlayacaq. Qiymət səviyyələri iki aydan bir nəzərdən keçiriləcək.

Aİ ölkələrində 2022-ci ilin iyununda razılaşdırılan Rusiya neft məhsullarının dəniz yolu ilə tədarükünə qadağa bu gün qüvvəyə minib. Boru kəmərləri ilə neft tədarükü məhdud deyil.

Son xəbərlər
Digər xəbərlər