16 C
Baku
Monday, May 6, 2024

Dövlət Agentliyindən “Alfamed”ə 3 milyon manatlıq sifariş

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Alfamed LTD” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Endoprotez və digər travmatoloji əməliyyatlarda istifadə olunan tibbi ləvazimatların və sərfiyyat materialları”nın satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 706 271 manatdır.

Qeyd edək ki, “Alfamed LTD” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Kübra Əliyevadır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər