10 C
Baku
Wednesday, December 11, 2024

Zəlzələlərin ən çox olduğu ölkələr – Siyahı

Son məlumatlara görə, fevralın 6-da Türkiyə və Suriyada baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 5 mini keçib. Milli Okean və Atmosfer Administrasiyasının vurğuladığı kimi, Avrasiya və Afrika tektonik plitələrin qovşağında yerləşən bu region seysmik aktivliyin artması ilə xarakterizə olunur.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Təkcə Türkiyədə 1990-cı ildən bəri 58 zəlzələ qeydə alınıb. Onlardan dördünün gücü 7 və daha yüksək balla qiymətləndirilib ki, bu da adətən ciddi dağıntılara və tələfatlara səbəb olur.

Earthquacke 2

Seysmik risk reytinqinə iki Asiya ölkəsi – Çin və İndoneziya daxil olub. Onların hər birində 1990-cı ildən bəri 150-dən çox zəlzələ baş verib. Müqayisə üçün: Avropanın ən təhlükəli regionu hesab edilən İtaliyada eyni dövrdə 23, Rusiyada isə 34 zəlzələ qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər