14 C
Baku
Sunday, November 24, 2024

“Rusiya ilə fikir ayrılıqlarımız var” – Ermənistanın XİN başçısı

“Bəzi məsələlər, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti və siyasi qiymətləndirmələrlə bağlı Rusiya ilə fikir ayrılıqlarımız var”.

Bunu Ermənistanın xarici işlər naziri Aratat Mirzoyan xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bunu böhran adlandırmaq şişirtmə olar: “İrəvanla Moskva arasında münasibətlərdə böhran yoxdur. Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətləri var, həmçinin çoxlu ikitərəfli və çoxtərəfli sazişlər mövcuddur”.

A.Mirzoyan, həmçinin bildirib ki, Ermənistan rəsmiləri rusiyalı həmkarlarə ilə daim təmasdadırlar.

Xatırladaq ki, ötən ilin dekabrın 22-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilməli idi. Amma A.Mirzoyan son anda Moskvaya getməkdən imtina etmişdi.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bundan əvvəl ölkəsində KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” təlimlərini keçirməkdən imtina etmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər