19 C
Baku
Friday, May 3, 2024

Azərbaycanın Miqrasiya Məcəlləsinə yenidən baxıla bilər

“Azərbaycanın Miqrasiya Məcəlləsi sülh şəraiti üçün hazırlanıb. Amma regionda kütləvi köç yaşanarsa, Miqrasiya Məcəlləsinə yenidən baxıla bilər”.

Bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin fevralın 9-da keçirilən iclasında bildirib.

“Biz ilk olaraq Rusiya-Ukrayna arasında müharibə zamanı regionda böyük köç dalğasının birinci mərhələsinin şahidi olduq. Regionda bəzi yerlərdə konfliktlər baş verərsə, çox böyük köç dalğası yaşanarsa Miqrasiya Məcəlləsinə yenidən baxmaq lazım olacaq”, – o əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər