Polşa hakimiyyəti Belarusla sərhəd-keçid məntəqələrini bağlamaq barədə qərar qəbul edib.
Bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski tviterdə yazıb.
O bildirib ki, bu, təhlükəsizlik tədbirləri ilə bağlıdır.
Qeyd olunub ki, sabah, fevralın 10-u yerli vaxtla saat 12:00-dan etibarən sərhəd-keçid məntəqələri bağlanacaq.