11 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda qazsız mineral su istehsalı və satış dövriyyəsi artıb

Azərbaycanda spirtsiz sular istehsalı 2022-ci ildə artıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən il ərzində Azərbaycanda 9.69 milyon deka litr qazlı mineral su, 7.59 milyon dkl. qazsız su istehsal edib.

Qazlı mineral su istehsalı 26% azalarkən, qazsız mineral su istehsalı 82% artıb.

Hesabat dövründə 1.43 milyon dkl. (1.58 min dkl.) meyvə şirəsi istehsal edilib.

Ölkədə mineral suların satışından isə pərakəndə ticarətin həcmi 70.28 milyon manat olub. Bu  illik müqayisədə 21% artıb.

 

Son xəbərlər
Digər xəbərlər