9 C
Baku
Thursday, December 12, 2024

“Quş qripi” ilə bağlı Portuqaliyaya qoyulan məhdudiyyət aradan qaldırılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Portuqaliya Respublikasının bəzi inzibati ərazi vahidlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi başa çatıb və bu xəstəliyə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Bununla əlaqədar, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə Portuqaliya Respublikasının Santaren, Lissabon, Evora dairələrinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər