19:10 – Türkiyədə zəlzələdə ölənlərin sayı 19 388 nəfərə çatıb, 77 711 nəfər yaralanıb
16:15 – Elektrik Mühəndisləri Palatasının İdarə Heyətinin sədri Mahir Ulutaş bildirib ki, uçulmuş binaların ortasında qalan yeganə tikili İnşaat Mühəndisləri Palatasının binası olub.
16:06 – Türkiyədə zəlzələdə ölənlərin sayı 18 991 nəfərə çatıb. Zəlzələ nəticəsində yaralananların sayı 75 523 nəfərdir.
10:28 – Zəlzələdə həyatını itirənlərin sayı 18 342-yə yüksəldi, 74 242 nəfər yaralanıb.
09:36 – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə FHN-dən bildirilib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
“Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək”, – məlumatda deyilir.
00:44 – Türkiyədə zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.
F.Oktayın sözlərinə görə, təbii fəlakət zamanı 72 879 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.