12 C
Baku
Tuesday, October 1, 2024

Ukrayna mərmi istehsalına başlayıb

“Ukroboronprom” müəssisəsi NATO ölkələrindən biri ilə birgə Ukrayna Silahlı Qüvvələri üçün 120 mm-lik minaların istehsalına başlayıb.

Bu barədə UNİAN Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yazır.

Dövlət konserni silahların tədarükü üçün artıq Ukrayna Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb. Ukrayna hərbçiləri onları tezliklə istifadə edəcək.

“Ukroboronprom” qeyd edir ki, 120 mm-lik minalar müasir texnologiyalarla istehsal olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər