Dünya Bankı “əsrin fəlakəti” sayılan Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün bu ölkəyə dəstək olacağını açıqlayıb.
Dünya Bankı Türkiyə üçün 1 milyard 780 milyon dollarlıq yardım ayıracağını bəyan edib. Artıq fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün təxmini dəyərləndirilmə işlərinə də başlanılıb.
Dünya Bankı həmçinin, zəlzələdən zərər görmüş insanlara dəstək olmaq üçün 1 milyard dollarlıq yardımın hazırlandığı da bildirilib.