Böyük Britaniya Arktika məsələləri üzrə Rusiya ilə tamhüquqlu əməkdaşlıqdan imtina edib, lakin Ukraynadakı müharibənin bitməsi halında təmasların bərpasını istisna etməyib.
Bu barədə cümə axşamı dərc olunan Böyük Britaniyanın Arktika Siyasətinin Əsaslarında deyilir.
“Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq, Böyük Britaniya hökumətlər arasında qarşılıqlı əlaqəni, o cümlədən elm və innovasiya komandamız və birgə tədqiqat layihələri vasitəsilə olan əlaqəni dayandırıb. Beləliklə, hazırda Arktika məsələlərində əməkdaşlıq yalnız qəfil ehtiyac yarandıqda baş verə bilər, bu siyasət gələcəkdə nəzərdən keçirilə bilər”, – Britaniya Xarici İşlər Nazirliyinin yaydığı sənəddə deyilir.
Sənədin mətnində qeyd olunur ki, Böyük Britaniya Arktikada mövcud olan dövlət kimi Rusiyanın regionda əhəmiyyətli iştiraka malik olduğunu və təbii dəyişikliklərə cavab verərkən onu daha da gücləndirməyə çalışacağını qəbul edir. “Rusiyanın bu addımlarında beynəlxalq hüquq normalarına əməl edəcəyini gözləyirik”, – bəyanatda deyilir.