Fevraldan başlayaraq banklardakı şirkət və əhalinin depozitlərinə tətbiq edilən 10%-lik əlavə vergisi xərcinə rəğmən “Günay Bank” ASC faizləri gözləniləndən əks istiqamətə dəyişib.
Banker.az-ın monitorinqi qrupu bildirir ki, Bank müddətli depozitlərinin 12 aylıq (illik) faiz dərəcəsini 8%-dən 7%-ə endirib. Bank müddətli depozitlərini 500-100 000 manat aralığında milli valyutada müddətin sonunda təqdim edir.
Hazırda ölkədə aşağı faizli depozit özü o qədər də sərfəli investisiya aləti deyil. Məsələ burasındadır ki, ölkədə inflyasiya orta illik artıq iki rəqəmlidir. Dekabr ayında orta illik inflyasiya 14% təşkil edir. Yəni əhalinin ötən il 100 manata aldığı məhsul və xidmətlər cari ildə 114 manata qalxıb. Beləliklə, əgər bank 8%-lik depozit olarsa, o zaman inflyasiya əhalinin depozitinin qalan 6%-ni “yeyir”.
2016-cı ilin fevralından ölkədə hökumət depozitləri cəlbedici və sabit saxlamaq üçün onları gəlir vergisindən 7 il müddətinə azad etmişdi. Lakin cari ilin 1 fevralından həmin qanun qüvvədən düşdüyü üçün depozit faizləri yenidən 10%-lik vergiyə cəlb ediləcək. Yəni, depozit faiz gəliri 1000 manat təşkil edərsə bunun 10 manatı vergi kimi ödəniləcək.
Ölkədə isə gələcəkdə bunun əhali və şirkətləri depozit qoymağa marağını azaldacağı bildirilir. 1 fevral iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov hesab edir ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. “Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik”.
Hazırda bir neçə bank “Əmanətinizin vergisini biz ödəyirik” Kampaniyası həyata keçirir ki, bununla depozit portfellərini qorusunlar.
“Günay Bank” bu bazarda kiçik paya sahibdir. 1 yanvar 2023-cü il tarixinə 111.4 milyon manat depoziti var, bunun 63.62 mln. manatı müddətlidir.