13 C
Baku
Saturday, November 23, 2024

Lavrovla Mirzoyan arasında telefon danışığı olub

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.

Erməni tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı ikitərəfli gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər Moskva ilə İrəvan arasında müttəfiqliyi möhkəmləndirmək üçün qarşılıqlı niyyətlərini bildiriblər.

Bundan əlavə Lavrov və Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması problemlərini müzakirə ediblər. Rusiya tərəfi 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin ən yüksək səviyyədə icrası üzrə işlərin sürətlə bərpasının, o cümlədən regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, habelə ictimai xadimlər, ekspertlər və parlamentarilər arasında dialoqun təşviqinin vacibliyini vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər