“Bu gün ölkəmiz minimum və orta aylıq pensiya məbləğinin alıcılıq indeksinə görə MDB məkanında birinci yerdə qərarlaşıb”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov pensiyaların indeksləşdirilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Əmək pensiyasi sahəsində aparılan islahatlar beynəlxalq miqyasda da artıq kifayət qədər ciddi nəticələrin olmasına imkan yaradır. Nominal pensiya məbləğlərinə görə isə hazırda ikincidir. Son bir ildə əmək pensiyasına çəkilən xərclərdə 960 milyon manat artım olub”.