15:49 – “Xilasetmə və axtarış qruplarını daha çox Hatay və Adıyamana göndəririk”. Bunu Diyarbəkirdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, artıq bir neçə şəhərdə axtarış və xilasetmə işləri yekunlaşıb: “Həmin axtarış və xilasetmə qruplarını da dağıntıların daha ağır olduğu Kahramanmaraş, Hatay və Adıyamana yönləndiririk. Digər vilayətlərdə də bu işlər sürətlə davam edir”.
15:43 – Türkiyə Prezidenti: Ölü və ya diri, heç bir vətəndaşımızı dağıntı altında qoymayacağıq
5:00 – Türkiyədəki zəlzələdə 20 318 nəfər ölüb, 91 511 vətəndaş yaralanıb.
1:37 – Hazırda Türkiyədə zəlzələdən sağ çıxmış 1 milyon 50 min nəfər müxtəlif sığınacaqlara yerləşdirilib.