Zəlzələ bölgəsindəki bəzi şəhərlərimizi yenidən inşa edəcəyik, bəzilərini isə yenidən dirçəltmək üçün nə lazımdırsa, edəcəyik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfadakı çıxışı zamanı deyib.
“Mən vətəndaşlarımızdan sadəcə bir illik vaxt istəyirəm. Tariximizin hər dönəmində olduğu kimi, bu çətin günləri də birlikdə atladacağıq”, – Ərdoğan əlavə edib.