Azərbaycanda iki sığorta şirkəti arasında mübahisə işi məhkəməyə aparıb çıxarıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, “Bakı Sığorta” ASC “Azərbaycan Sənaye Sığorta” ASC şirkəti ilə bağlı iddia qaldırıb.
Sığorta şirkəti “Azərbaycan Sənaye Sığorta” barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Məhkəmənin predmeti, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.
Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Mülki Məcəllənin 59-cu fəsli)
Bildirək ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir.