Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 84 milyard dollar zərər vura bilər.
Bu barədə “Bloomberg“ məlumat yayıb. Bildirilib ki, bu məbləğ ÜDM-nin təxminən 10%-ni təşkil edir. Məlumata görə, yaşayış binalarına dəyən ziyan 70.8 milyard dollar təşkil edib. Bundan başqa, zəlzələlərin nəticələri ölkə büdcəsinin gəlirlərinin 10.4 milyard dollar azalmasına səbəb olacaq. Daha 2.9 milyard dollarlıq zərər Türkiyə iqtisadiyyatına işçi qüvvəsi itkisinə görə dəyəcək.