2022-ci ildə Abşeron dairəvi dəmir yolu xəttinin stansiyalarında bank kartları ilə 472 min manat dəyərində 550 min dəfə ödəniş edilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Xatırladaq ki, AMB, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azərbaycan Dəmir Yolları” QSC və “Visa” beynəlxalq kart təşkilatı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icrasına 2020-ci ildə start verilmiş “Ölkənin dəmir yollarında gediş haqlarının təmassız bank kartları ilə ödənilməsi” layihəsi 2021-ci ilin iyun ayında real rejimində sərnişinlərin istifadəsinə təqdim olunub. Layihənin icrası nəticəsində Bakı və Sumqayıt şəhərləri arasında hərəkət edən sürətli sərnişin qatarlarına minmək üçün istənilən bankın ödəniş kartları vasitəsilə təmassız ödəniş imkanı yaradılıb.
Mərkəzi Bank bildirir ki, Nəqliyyat sahəsində gediş haqlarının təmassız bank kartları vasitəsilə ödənilməsi məqsədilə yaradılmış imkanlardan 2022-ci ildə daha geniş istifadə olunub.