Qardaş ölkə Türkiyənin bir neçə şəhərində baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə dəstək məqsədilə Yapı Kredi Bank Azərbaycan 100 000 ABŞ dolları məbləğində ianəni Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürmüşdür.
Eyni zamanda qeyd edək ki, yardım etmək istəyən hər hansı fiziki şəxs və ya hüquqi şəxs filiallardan, internet / mobil bankçılıq və HÖP (Hökumət Ödəniş Portalı) vasitəsilə vəsaiti artıq qeyd olunan hesaba komissiyasız köçürə və ya nağd yatıra bilər. Müştərilərimizin həmçinin Əhmədli, Səbail, Nərimanov və 28 May filiallarında yerləşən və 7/24 xidmət göstərən Cash-in ATM -lərimizdən AFAD fondunun AZN (00000066) və ya USD (00000099) hesab nömrəsini qeyd etməklə ianə etməsi mümkündür.
Nərimanov filialımıza həftənin Şənbə – Bazar günü saat 10:00-22:00 (Kassa xidməti 21:30-dək) yaxınlaşaraq ianənizi edə bilərsiz..
Bankın filiallarının yerləşdiyi ünvanlar və iş saatları haqqında məlumatı linkdən əldə edə bilərsiniz: https://www.yapikredi.com.az/az/filiallar
Yapikredi Bank Azərbaycan adından zəlzələ nəticəsində həyatını itirən insanların yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralılara isə şəfa diləyirik!