Azərbaycan 2022-ci ildə 83 milyon 807.14 min ədəd tibbdə, cərrahiyyədə, stomatologiyada və ya baytarlıqda istifadə edilən iynəli və ya iynəsiz şprislər istehsal edilib.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
İstehsal edilmiş şprislərin sayı illik müqayisədə 0.98% artmışdır.
Qeyd edək ki, 2022-ci ildə 18 milyon 092.97 min ədəd tibbi maska istehsal edilib. Bu öncəki ildə 41 milyon 845.6 min ədəd idi.